Nuranə Quliyevadan, Göygöl, Azərbaycan
Möhtərəm cənab Prezident.
Azərbaycanın hər bir vətəndaşı Sizin diqqət və qayğınızla əhatə olunub. 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə məni “Tərəqqi” medalı ilə təltif etməyiniz də bu qayğının bir nümunəsidir. Buna görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu təltif mənim timsalımda bütün mədəniyyət işçilərinə verdiyiniz böyük dəyərin göstəricisidir.
Siz hələ 2003-cü ildə dövlətimizin başçısı seçilərkən hər bir azərbaycanlının Prezidenti olacağınızı demişdiniz. Xalqımızı, ölkəmizi ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu ilə sürətlə irəli aparmaqla, hər bir soydaşımıza qayğı və diqqət göstərməklə qısa zamanda hər birimizin fəxrinə, qüruruna çevrildiniz. Bir daha Sizə təşəkkürümü bildirirəm.
Hörmətlə,
Quliyeva Nuranə Aslan qızı.
Azərbaycan Respublikası, Göygöl rayonu.