27 mart 2019, 12:35

İradə Ağalarovadan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident.

Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında 2019-cu il 18 mart tarixli Sərəncamınız biz səhiyyə işçilərinin sevincinə səbəb olub. Bu Sərəncamı Novruz bayramı töhfəsi kimi qəbul edirik.

Siz respublikamızda səhiyyənin inkişafina böyük diqqət və qayğı göstərirsiniz. Yeni səhiyyə müəssisələrinin tikintisi və mövcud olanların əsaslı təmiri əhaliyə yüksək tibbi xidmət göstərməyə imkan verir.

Cənab Prezident, bizə bu xoşbəxtliyi bəxş etdiyinizə görə doğum evinin kollektivi adından Sizə minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı, müstəqil Azərbaycanın inkişafi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq. Xalqımızın əziz bayramı olan Novruz bayramı münasibətilə Sizi və ailənizi ürəkdən təbrik edirəm. Allah Sizi qorusun.

Hörmətlə,

Ağalarova İradə

Azərbaycan Respublikası, Salyan rayonu.