27 mart 2019, 12:15

İnqilab Hətəmovdan, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Uzun illər idi Tərtər rayonunun Sarov-Borsunlu kənd yolu yaxşı vəziyyətdə deyildi. Bu kəndlər cəbhə bölgəsində yerləşdiyindən həm özümüz, həm də gələn qonaqlar əziyyət çəkirdik. Bu günlərdə sakinlərin sevincinin həddi-hüdudu yoxdur. Çünki yeni yolun çəkilişnə başlanılıb. Uzun illərin əziyyətinə son qoyulacaq.

Cənab Prezident, cəbhə bölgəsində yaşayan insanlara göstərdiyiniz diqqət və qayğıya görə Sizə kənd sakinləri adından öz minnətdarlığımızı bildiririk. Xalqımızın müqəddəs və möhtəşəm bayramı olan Novruz bayramı münasibətilə Sizi və ailənizi təbrik edirik.

Hörmətlə,

Hətəmov İnqilab Əli oğlu

Azərbaycan Respublikası, Tərtər rayonu, Sarov kəndi.