16 mart 2019, 13:20

Dilarə Əhmədovadan, Qax, Azərbaycan

Hörmətli cənab Prezident.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə özümün və Qax rayonunun bütün qadınlarının adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Bu təkcə mənə deyil, idman sahəsində çalışan bütün Azərbaycan qadınlarına göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Azərbaycan qadınına göstərilən diqqət və qayğıya görə Sizə bir daha dərin minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı arzulayıram.

Hörmətlə,

Əhmədova Dilarə Qurban qızı

Qax şəhər Uşaq Gənclər İdman Şahmat məktəbinin metodisti, əməkdar məşqçi,

“Qəbələ” yüksək liqa qızlar futbol komandasının məşqçisi

Azərbaycan Respublikası, Qax rayonu.