28 fevral 2019, 14:30

Aqil Mustafayev və başqalarından, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin 2019-cu il 14 fevral tarixli Sərəncamınızla doktorant, magistrant və tələbələrin aylıq təqaüdlərinin məbləğinin artırılmasını böyük sevinclə qarşıladıq. Bu Sərəncamın dövlət başçısı olaraq Sizin bizə göstərdiyiniz qayğı və diqqətin növbəti bariz nümunəsidir.

Möhtərəm cənab Prezident, Azərbaycan Dövlət Aqrar Universitetinin bütün magistrantları və tələbələri adından Sizə ürəkdən təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Dərslərimizə daha məsuliyyətlə yanaşacağımıza, mükəmməl təhsil alacağımıza və vətənimiz Azərbaycan üçün layiqli vətəndaş olacağımıza söz veririk.

Hörmətlə,

Mustafayev Aqil

Vəliyev Ruslan

İsmayılzadə Eyyub

Əhmədova Ağgül

Muradzadə Orxan və başqaları.

Azərbaycan Respublikası, Gəncə şəhəri.