Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 395; Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1414-VQD nömrəli Qanunu) 3-cü maddəsində “3 (üç)” sözləri “4 (dörd)” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 fevral 2019-cu il.