Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 157, № 10, maddə 886; 2013, № 7, maddə 792; 2014, № 11, maddə 1348) ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü maddədə “verilə bilər” sözləri “verilir” sözü ilə əvəz edilsin.
2. 7-ci maddənin ikinci cümləsi çıxarılsın.
3. 8-ci maddə üzrə:
3.1. ikinci cümlədə “şəxsiyyət vəsiqəsini, ixtisas diplomunu, sağlamlığı haqqında tibbi arayışı, hərbi vəzifəsi haqqında hərbi biletini və ya təhkim şəhadətnaməsini, lazım olarsa, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədləri” sözləri “ixtisas şəhadətnaməsini (diplomunu) və sağlamlığı haqqında tibbi arayışı” sözləri ilə əvəz edilsin;
3.2. aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Vəsatətdə (ərizə-anketdə) qeyd edilmiş digər məlumatların yoxlanılması üçün şəxsiyyət vəsiqəsi, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər ərizəçidən tələb olunmur.”.
4. 17-ci maddəyə “sahibinin” sözündən əvvəl “etibarlıq müddəti bitdikdə (dənizçi vəzifəsində işləməyin davam etdirilməsi üçün), onun” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2019-cu il.