Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 133, № 5, maddə 312; 2007, № 8, maddə 754, № 11, maddə 1078; 2008, № 8, maddə 709; 2010, № 12, maddə 1056; 2011, № 2, maddə 71; 2012, № 5, maddə 408; 2014, № 2, maddə 86; 2016, № 1, maddə 6; 2017, № 3, maddə 327; 2018, № 1, maddə 8, № 10, maddə 1968) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları” 16 saylı əlavəsinin 6.1.2-ci maddəsinin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 6.1.3-cü maddəsi ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2019-cu il.