24 yanvar 2019, 16:15

Şamxal Həsənlidən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Sərəncamınıza görə Sizə dərin təşəkkürümüzü bildiririk. Bu, Sizin Azərbaycan mediasına göstərdiyiniz hərtərəfli qayğı və dəstəyin növbəti nümunəsidir.

Cənab Prezident, milli mətbuatın müstəqilliyinin dəstəklənməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyətlə mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşılaşdırılması və əməyinin qiymətləndirilməsi istiqamətində atdığınız addımlar Xəzər Televiziyasının kollektivinin fəaliyyətinə əlavə stimul verir.

Əminliklə bildiririk ki, bundan sonra da fəaliyyətimizdə daim dövlətçiliyə sadiq qalacaq, milli maraqları hər şeydən üstün tutacaq, Azərbaycan həqiqətlərinin ölkə daxilində, eləcə də xaricdə obyektiv və operativ şəkildə çatdırılmasında imkanlarımızdan maksimum istifadə edəcəyik.

Dərin hörmət və ehtiramla,

Həsənli Şamxal Əli oğlu, “Xəzər TV” MMC-nin prezidenti.

Azərbaycan Respublikası, Bakı şəhəri.