Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1218-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 88; 2001, № 11, maddələr 669, 676; 2002, № 1, maddə 2, № 5, maddələr 237, 243; 2006, № 6, maddə 478; 2007, № 8, maddə 756, № 12, maddə 1197; 2008, № 7, maddə 602, № 8, maddə 701; 2009, № 7, maddə 519; 2010, № 3, maddə 171; 2013, № 3, maddə 229, № 5, maddə 470; 2014, № 11, maddə 1336; 2015, № 5, maddə 497; 2016, № 1, maddə 37; 2017, № 1, maddə 29) 11-ci maddəsində “10” rəqəmləri “15” rəqəmləri ilə əvəz edilsin.
Maddə 2. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 14; 2001, № 11, maddə 669; 2002, № 5, maddə 237; 2006, № 6, maddə 478; 2007, № 8, maddə 756, № 11, maddə 1075; 2008, № 8, maddə 701, № 10, maddə 886; 2009, № 4, maddə 211, № 7, maddə 519; 2010, № 3, maddə 171; 2013, № 3, maddə 230, № 5, maddə 471, № 11, maddələr 1297, 1310; 2014, № 11, maddə 1342; 2015, № 5, maddə 498; 2017, № 1, maddə 31) ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 18-ci maddəsinin birinci hissəsində “10” rəqəmləri “15” rəqəmləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 noyabr 2018-ci il.