30 oktyabr 2018, 12:10

Əli Hüseynov və Azad Zeynalovdan, Lənkəran, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Əvvəllər Hirkan-Daştatük-Biləsər yolu istər nəqliyyat vasitələrinin, istərsə də piyadaların hərəkətinə müəyyən problemlər yaradırdı. Xüsusilə qış aylarında bu yolla hərəkət etmək, gediş-gəliş daha da çətinləşirdi. Tamamilə yenidən qurularaq bu yaxınlarda Sizin xeyir-duanızla istifadəyə verilən yol ərazidə yaşayan sakinlərə rahatlıq və təhlükəsizlik vəd edir.

Cənab Prezident, bu, bir daha göstərir ki, Siz həmişə xalqla bir yerdəsiniz və heç bir qüvvə Sizi bizdən ayıra bilməz.

Hörmətlə,

Hüseynov Əli Hacıhəsən oğlu

Zeynalov Azad Təhməz oğlu.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Biləsər kəndi.