22 oktyabr 2018, 17:40
Məhəmməd Məmmədov və Süleyman Qasımovdan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.
Ağcabədi rayonunun Salmanbəyli kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı oktyabrın 12-də imzaladığınız Sərəncama görə Sizə təşəkkür edirik.
Yeni məktəbin kəndimizdə daha savadlı və intellektual gənclərin yetişməsinə, onların daha müasir təhsil almasına mühüm töhfə olacağı heç birimizdə şübhə doğurmur. Biz bununla yalnız fəxr edə bilərik.
Əziz Prezidentimiz, Sizin bu Sərəncamınız kəndimizin yeni inkişaf mərhələsinə qədəm qoymasına bir təkandır. Sizə uzun ömür, möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Məmmədov Məhəmməd Mirzə oğlu
Qasımov Süleyman Temir oğlu.
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Salmanbəyli kəndi.