Hüseyn Həsənov və başqalarından, Salyan, Azərbaycan
Möhtərəm cənab Prezident.
Siz ölkəmizdə kənd yollarının tikintisinə və yenidən qurulmasına xüsusi diqqət göstərirsiniz. İmzaladığınız onlarca sərəncam əsasında respublikanın kəndlərinə yeni yollar çəkilib, kənd camaatının rahat gediş-gəlişi təmin edilib. Bu xoş məramdan bizə də böyük pay düşüb. Yaşadığımız Salyan rayonunun Quyçu kəndinə yeni asfalt yol çəkilib.
Əziz və hörmətli Prezidentimiz, kəndimizə yeni yolun çəkilməsinə görə bütün sakinlər adından Sizə dərin minnətdarlığımızı bildiririk. Bu yol bizim üçün önəmli olduğundan çox sevinirik. Allah da Sizi sevindirsin və bütün arzularınıza çatdırsın.
Hörmətlə,
Həsənov Hüseyn Abdulalı oğlu
Məmmədov Məmmədəli Əlihəsən oğlu
Əsgərov Arif Mikayıl oğlu
Sadıqov Rafiq Sadıq oğlu və başqaları (cəmi: 56 nəfər).
Azərbaycan Respublikası, Salyan rayonu, Quyçu kəndi.