Fuad Əliyev və başqalarından, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident.
Azərbaycanımızın hər yerində olduğu kimi, Gəncə şəhərində də sosial-iqtisadi sahədə böyük tərəqqi əldə edilib, insanların dövlətə və dövlətçiliyə inamı artıb, maddi rifahı yüksəlib.
Şəhər sakinləri Sizin Gəncəyə hər gəlişinizi böyük ruh yüksəkliyi ilə gözləyirlər. Çünki Sizin hər gəlişiniz yeni istehsal sahələrinin, elm və təhsil ocaqlarının, mədəniyyət mərkəzlərinin, muzeylərin açılışı ilə əlamətdar olur.
Xüsusilə son illərdə qədim Gəncədə şəhərin tarixi və memarlıq üslubu qorunub saxlanmaqla yeni qəsəbələr, prospektlər, küçələr, muzeylər, tarixi-dini abidələr, yeni parklar, xiyabanlar salınıb. Bununla da şəhər öz görünüşü tamamilə dəyişib. Gəncə şəhərinə son səfəriniz zamanı bunların bir qismi Sizə əyani olaraq təqdim edildi ki, bu da şəhərimizdə sosial-iqtisadi sahədə genişmiqyaslı quruculuq-abadlıq işlərinin həyata keçirildiyini göstərir.
Bu möhtəşəm işlər Sizin imzaladığınız sərəncamlar əsasında həyata keçirilib, yeni istehsal sahələrinin, iş yerlərinin açılmasına və şəhərimizin dinamik inkişafına səbəb olub.
Möhtərəm cənab Prezident, Azərbaycanın hər yerində olduğu kimi, Gəncə şəhərində də bu inkişafı gözü götürməyən mənfur düşmənlər hiylə və məkrli siyasətləri ilə xalqın dövlətə olan inamını sarsıtmağa, dövlətlə xalq arasında qarşıdurmalar yaratmağa cəhd ediblər. Öz xain planlarını həyata keçirmək üçün Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş neçə-neçə igid övladların vətəni olan Gəncəni hədəf almaları bütün şəhər sakinlərini hiddətləndirib.
Biz gəncəlilər şəhərimizdə törədilən terror aktını və onun arxasında duran mənfur qüvvələri lənətləyirik. Bildiririk ki, tarixən dövlətə və xalqa bağlılığı ilə seçilən Gəncə sakinləri hər zaman olduğu kimi, bu gün də Sizin və dövlətimizin yanındadır, Ulu Öndərimizin yadigarı olan müstəqil Azərbaycanın bütövlüyünə, inkişafına və rifahına xidmət edən siyasətinizi ürəkdən dəstəkləyirlər. Biz hər zaman Sizinləyik.
Bir qrup Gəncə ziyalısı adından dərin hörmətlə,
Əliyev Fuad, AMEA-nın həqiqi üzvü
Həmzəyev Naqif, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı
Kərimzadə Pərvin, fəlsəfə elmləri doktoru, Milli Məclisin deputatı
Cəfərov İbrahim, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor
Novruzov Vaqif, AMEA-nın müxbir üzvü, professor
Qurbanov Xalid, Gəncə Ağsaqqallar Şurasının sədri, professor
Yusifov Yusif, Gəncə Dövlət Universitetinin rektoru, professor
Süleymanov Akif, Azərbaycan Texnologiya Universitetinin rektoru, professor
Fətəliyev Kamil, professor
Seyidov Allahverdi, professor
Həsənov Zaur, professor
Sadıqov Həsənbala, professor
Mövsümov Elman, professor
Yusifov Nizami, professor
Qocayev Tofiq, professor
Bağırov Bayram, professor
Məmmədov Nurəddin, professor
Fətəliyev Hasil, professor
Nəbiyev Əhəd, professor
Əliyev Mirzə, professor
Quliyeva Gülsüm, fəlsəfə doktoru
Haqverdiyev Bəxtiyar, Gəncə Səhiyyə İdarəsinin rəisi
Hüseynov Zakir, Gəncə Regional Təhsil İdarəsinin rəisi
Hacıyev Sənan, Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi
Qasımov Əli, Gəncə Dövlət Dram Teatrının direktoru
Elçiyev Elçin, Gəncə Dövlət Filarmoniyasının direktoru
Hüseynova Xəzangül, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri
Rəhimova Ruziyə, Gəncə Musiqi Kollecinin direktoru
Zeynalov Fəxrəddin, Gəncə Regional Kollecinin direktoru
İbrahimov Azad, Elmi-Tədqiqat Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun direktoru
Mustafayev Nizami, Gəncə Regional Poçt filialının rəisi.
Azərbaycan Respublikası, Gəncə şəhəri.