05 avqust 2011, 11:00

Nəriman Hüseynov və başqalarından, Masallı rayonu, Azərbaycan

Cənab Prezident!

Siz hər bir azərbaycanlı ailəsinin ən fəxri üzvüsünüz. Ona görə ki, Siz bütün dünya azərbaycanlılarının hər birinin qəlbini fəth etmisiniz. Əlbəttə, gördüyünüz işlər, yürütdüyünüz uğurlu daxili və xarici siyasətiniz Sizi hər bir azərbaycanlı üçün doğmalaşdırmışdır. Çünki Sizin bu siyasətinizin parlaq nəticəsi ölkəmizin hər yerində - şəhərlərdə, rayonlarda, qəsəbələrdə, hətta ən ucqar dağ kəndlərində də hiss edilir.

Bu günlərdə Ərkivan-Boradigah-Rüdəkənar yolunun tikintisi məqsədi ilə imzaladığınız “Masallı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam biz boradigahlıların da ürəyindən xəbər verdi. 69 min əhalinin yaşadığı 34 kənd və qəsəbəni birləşdirən Ərkivan-Boradigah-Rüdəkənar avtomobil yolunun çəkilişi Masallı rayonunun abadlaşmasında və inkişafında, əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasında mühüm addımdır.

Möhtərəm cənab Prezident, Sizə bütün boradigahlılar adından öz dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Nəriman Hüseynov – əməkdar müəllim,
Azər Mirzəyev, Cabir Məcidov, Salman Həsənov,
Möhsüm Möhsümov və başqaları.

Azərbaycan Respublikası, Masallı rayonu, Boradigah qəsəbəsi.