Kino xadimlərindən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Kino işçilərinin peşə bayramı ərəfəsində verdiyiniz xüsusi Sərəncamla bizi – bir qrup kinematoqrafçını fəxri adlarla təltif etməyiniz qəlbimizdə hədsiz sevinc və minnətdarlıq hissi doğurmuşdur.
Mədəniyyətimizin inkişafı naminə gördüyünüz işlər, o cümlədən kinoya, bu sənətə qulluq edən insanlara göstərdiyiniz diqqət və qayğı göz qabağındadır və biz də daxil olmaqla həmkarlarımız tərəfindən çox yüksək qiymətləndirilir.
Kinoda çoxillik əməyimizə verdiyiniz yüksək qiymət bizi işimizə daha məsuliyyətlə yanaşmağa, xalqımıza yeni maraqlı filmlər təqdim etməyə sövq edir.
Sizə bir daha dərin təşəkkürümüzü bildirir, cansağlığı və Vətənimizin çiçəklənməsi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.
Dərin hörmətlə,
Kino xadimləri: Rövşən Quliyev, Böyükağa Məmmədov,
Ziya Şıxlinski, Kəmalə Hüseynova,
Gülzar Qurbanova, Əliqulu Səmədov,
İsmayıl Dadaşov, Tatyana Kərimova,
Şahin Qalabəyov, Əziz Məmmədov,
Almaz Sultanzadə, Lidiya Şarkovkina
Azərbaycan Respublikası, Bakı şəhəri.