04 avqust 2011, 10:30

Ənvər Mansurovdan, Moskva, Rusiya

Möhtərəm cənab Prezident!

İcazə verin, ilk növbədə, Sizə möhkəm cansağlığı, uzunömürlü siyasi fəaliyyət və ailə səadəti arzulayım.
Mən çoxdan idi ki, doğma Vətənimdə - Bakıda olmamışdım. Şəhərin inanılmaz dərəcədə gözəlləşdiyi barədə mənə çox danışmışdılar, demişdilər ki, yolun düşəndə paytaxt şəhərini tanımayacaqsan. Həqiqətən də belə oldu. Bu yaxınlarda Bakıda oldum. Gözlərimə inana bilmirdim. Sözün həqiqi mənasında şəhəri tanımadım, yeniliklər məni heyrətləndirdi. İndi Bakı həqiqətən dünyanın ən gözəl paytaxt şəhəridir. Bu gözəllik qəlbimi qürur hissi ilə doldurdu. Hər bir küçə, hər bir ev, hər bir park təkcə valehedici memarlıq zövqü ilə deyil, həm də böyük sevgi ilə yaradılmışdır. Şəhəri gəzə-gəzə yaratmaq, işləmək və xidmət etmək istəyirdim. Öz şəhərimə, öz xalqıma, öz ölkəmə xidmət etmək istəyirdim.

Cənab Prezident, icazə verin, ölkəmizin rifahı naminə gördüyünüz və bundan sonra da görəcəyiniz işlərə görə Sizə qəlbimin dərinliklərindən gələn minnətdarlığımı bildirim. Allah Sizi qorusun!

Dərin hörmət və ehtiramla,

Ənvər Arif oğlu Mansurov, mədəniyyət işçisi.
Rusiya Federasiyası, Moskva şəhəri, B.Pereyaslavskaya küçəsi, ev 52/55, mənzil 94.