Əhliman Allahverdiyev və başqalarından, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident.
Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, Əməkdar İncəsənət Xadimi Aşıq Şəmşirin anadan olmasının 125 illiyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı imzaladığınız Sərəncam türk dünyasının qədim ozan-aşıq sənətinə, aşıq poeziyasına, qədim köklərə malik şifahı xalq ədəbiyyatına və xalq yaradıcılığına olan məhəbbətinizdən, klassik aşıq poeziyası ilə müasir şerimizi qovuşduran Aşıq Şəmşir irsinə rəğbətinizdən irəli gəlir.
Əziz Prezidentimiz, bu Sərəncamınızı mədəniyyətimizə və aşıq sənətinə olan diqqətinizlə yanaşı, Kəlbəcər əhalisinə, kəlbəcərli sənət adamlarına göstərdiyiniz diqqət kimi qəbul edirik. Buna görə kəlbəcərli aşıqlar adından Sizə təşəkkürümüzü bildirir, uzun ömür, möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayırıq.
Ölkəmizdə xalqla iqtidar hər zaman vəhdət təşkil edib və bu, bu gün də belədir. Sizin gördüyünüz işləri yüksək qiymətləndirir və hər zaman yanınızda olduğumuzu bildiririk.
Kəlbəcər aşıqları adından dərin hörmətlə,
Aşıq Əhliman Allahverdiyev, Əməkdar Mədəniyyət İşçisi
Aşıq Ədalət Dəlidağlı, Əməkdar Mədəniyyət İşçisi
Aşıq Şöhrət Kərimov
Aşıq Mehti Mənsimov
Aşıq Elburus Kəlbəcərli.
Azərbaycan Respublikası, Gəncə şəhəri.