Kamal Əhmədovdan, Qazax, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Biz qazaxlılar respublikamızın misilsiz inkişafına, o cümlədən Qazaxın sosial-iqtisadi, mədəni tərəqqisinə göstərdiyiniz diqqət və qayğınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Son illərdə Sizin Qazaxa səfərlərinizdən, diqqət və qayğınızdan sonra rayonumuzda genişmiqyaslı tikinti, abadlıq-quruculuq işləri görülüb və görülür. Rayonun bütün kəndlərinə yüksək standartlara cavab verən asfalt yollar çəkilib, su, qaz, elektrik problemləri həll edilib. Bütün bu işlər məhz Sizin göstərişiniz, diqqət və qayğınız sayəsində mümkün olub.
Cənab Prezident, qarşıdan gələn prezident seçkilərində Sizə böyük uğurlar, qələbələr arzulayıram. Tam əminliklə bildirmək istəyirəm ki, Qazax camaatı bu seçkiyə yüksək əhval-ruhiyyə ilə hazırlaşır və aprelin 11-də öz layiqli namizədinə - İlham Heydər oğlu Əliyevə yekdilliklə səs verəcəkdir.
Hörmətlə,
Əhmədov Kamal Məhəmməd oğlu, Əməkdar Məşqçi, Prezident təqaüdçüsü.
Azərbaycan Respublikası, Qazax rayonu.