03 aprel 2018, 16:00

İlkin Abbasov və başqalarından, Qax, Azərbaycan

Hörmətli cənab Prezident.

Hər bir uşaq valideynin, ölkənin, dövlətin qiymətli sərvətidir. Dövlətimiz gənc nəslin hərtərəfli inkişafı və formalaşması üçün daim diqqət və qayğı göstərir. Bu gün gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi ən önəmli məsələlərdən biridir. Xüsusilə də dövlətimiz tərəfindən təhsil sahəsində aparılan islahatlar gənc nəslin sağlam, savadlı böyüməsinə yönəlib. Vətənimizi tanıtmaq və sevdirmək məqsədilə artıq neçə ildir həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi gənc nəslə ölkəmizin, xalqımızın mədəniyyətini, tarixini yaxından öyrənməyi, milli-mənəvi dəyərləri yaşatmağı təlqin edir. Balalarımıza qədim tarixi olan Azərbaycanı tanıdır, Vətəni sevməyi öyrədir.

Cənab Prezident, bu nəcib işiniz biz valideynləri çox sevindirir. Balalarımıza qayğınız qəlbimizi qürur hissi ilə doldurur. Bir valideyn kimi fəxr edirik ki, övladlarımız bu layihənin iştirakçısı olub, səfərlərdən sevinc dolu təəssüratlarla qayıdıblar.

Övladlarımız üçün belə gözəl şərait yaratdığınıza görə tur-aksiyada iştirak edən şagirdlərin valideynləri adından Sizə minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, müstəqil Azərbaycanın inkişafı naminə hərtərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Abbasov İlkin

Qaraxov Məcid

Baçılıaşvili Akaki

Lətifov İzzət

Əminli Dəyanət

Şıxamirov Əfqan.

Azərbaycan Respublikası, Qax rayonu.