Xanımzadə Faxlulovadan, Qəbələ, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizin rəhbərliyiniz altında doğma Vətənimizin gündən-günə çiçəklənməsi, sosial-iqtisadi yüksəlişi bir vətəndaş kimi məni çox sevindirir. Dövlətimizin həyata keçirdiyi bir çox layihələr Azərbaycan vətəndaşlarının, xüsusən də gənclərin əsl vətəndaş kimi yetişməsində mühüm rol oynayır.
Bu baxımdan “Ölkəmizi tanıyaq” layihəsi xüsusi qeyd edilməlidir. Fərəhli haldır ki, noyabrın 16-dan 19-dək keçirilən və Qəbələ məktəblilərinin də qatıldığı 8-ci tur-aksiyada mənim nəvəm də iştirak edib. Məktəblilər respublikamızın dilbər guşələrindən Quba, Qusar və Xaçmaz rayonlarına gedərək xalqımızın tarixi, mədəni irs nümunələri ilə yaxından tanış olub, bir sıra abidələri, muzeyləri gəziblər.
Hörmətli cənab Prezident, bu layihə ölkəmizi tanımaq üçün gənclərimizə böyük kömək olub. Mən bir valideyn kimi Sizə dərin minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, müasir müstəqil Azərbaycanımızın qurucusu və memarı olan ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı – Siz varsınız. Tanrı Sizi qorusun.
Hörmətlə,
Faxlulova Xanımzadə.
Azərbaycan Respublikası, Qəbələ rayonu.