Elşən Mahmudov və başqalarından, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident,
Biz qubadlılılar Sizin ölkəmizin tərəqqisi üçün apardığınız uğurlu daxili və xarici siyasəti ürəkdən bəyənir, alqışlayır və dəstəkləyirik.
Qloballaşan dünyada gündən-günə artan problemlərə baxmayaraq, ölkəmizdəki əmin-amanlıq, sakitlik, aparılan quruculuq-abadlıq işləri bizi çox sevindirir.
Övladlarımızın “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində respublikamızın şimal bölgəsinə səyahəti onlarda ölkəmiz haqqında yüksək təəssüratlar yaradıb, dünyagörüşlərini xeyli zənginləşdirib.
Möhtərəm Prezident, buna görə Sizə dərin təşəkkürümüzü bildiririk. Arzu edirik ki, torpaqlarımız işğaldan azad olunsun və belə tur-aksiyaları doğma Qubadlıya təşkil edək.
Hörmətlə,
Mahmudov Elşən
Qəhrəmanov Qədir
Məmmədov İlqar, Qubadlı rayonundan məcburi köçkünlər.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.