31 oktyabr 2017, 11:00

Elman Bayramovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident,

2017-ci il oktyabrın 30-u Azərbaycan Respublikasının tarixinə qızıl hərflərlə həkk olundu. Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi və bu layihənin əhəmiyyəti respublikamız üçün iqtisadi və siyasi baxımdan çox böyük önəm kəsb edir.

Müasir müstəqil Azərbaycanın qurucusu ulu öndərimiz Heydər Əliyevin şah əsərlərindən biri olan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri respublikamızın siyasi və iqtisadi həyatında necə önəmli yer tuturdusa, Sizin təşəbbüsünüzlə reallaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolu xətti də ölkəmiz üçün o qədər əhəmiyyətli olacaq. İnanırıq ki, bu nəhəng layihə respublikamızın daha da güclənməsinə və inkişafına xidmət edəcək.

Ölkəmizə, xalqımıza bəxş etdiyiniz bu layihə qədim İpək yolunun dəmir xətlər üzərində bərpasıdır.

Çox hörmətli cənab Prezident, sadə bir vətəndaş kimi respublikamızın güclənməsi, inkişafı üçün gördüyünüz bütün işlərə görə Sizə təşəkkür edirəm. Allah Sizi qorusun.

Hörmətlə,

Bayramov Elman Ənvər oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.