24 oktyabr 2017, 16:40

Ağabala Musayevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq, Binəqədi rayonu ərazisində xeyli abadlıq və yenidənqurma işləri görülüb. Bu işlər çərçivəsində Binəqədi qəsəbəsində yeni içməli su xətləri çəkilib, sıradan çıxmış kanalizasiya xətləri sökülərək yeniləri ilə əvəz olunub. Qəsəbəmizin küçələrinin asfaltlanması işləri uğurla həyata keçirilir.

Çox hörmətli Prezident, qəsəbəmizdəki problemlərin həllinə göstərdiyiniz köməyə görə sakinlərimiz adından Sizə dərin minnətdarlığımızı bildirir, gələcək işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Musayev Ağabala Nəriman oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi.