Namiq Həsənov və başqalarından, Gədəbəy, Azərbaycan
Möhtərəm cənab Prezident,
Biz gədəbəylilər Sizi çox sevir, Sizinlə fəxr edirik. Yürütdüyünüz uğurlu siyasətinizin, göstərdiyiniz diqqət və qayğınızın nəticəsidir ki, ölkəmiz gündən-günə inkişaf edir, əhali əmin-amanlıq şəraitində, firavan yaşayır. Rayonumuzda da əhalinin yaşayış səviyyəsi yüksəlir. Hazırda təbii qaz, elektrik enerjisi ilə fasiləsiz təmin olunuruq.
Sizin müvafiq Fərmanınızla təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan su-kanalizasiya sisteminin yaxşılaşdırılması işləri Gədəbəy şəhərində yekunlaşmaq üzrədir. Biz sakinlərin sevincinin həddi-hüdudu yoxdur. Artıq təmiz və təbii dağ suyu ilə təmin olunmuşuq.
Möhtərəm cənab Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya, yerlərdə insanlar üçün yaradılan hər bir şəraitə görə şəxsən öz adımızdan və bütün gədəbəylilər adından Sizə minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı, ölkəmizin inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Həsənov Namiq Qəzənfər oğlu
Əsədullayev İlqar Aydın oğlu
Rüstəmov Namiq Davud oğlu
Sarıyev Səbuhi Əlviz oğlu və başqaları.
Azərbaycan Respublikası, Gədəbəy rayonu.