Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikasında dövlət sirrinin mühafizəsi sisteminin inkişafına dair 2014-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 fevral tarixli 256 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 144) aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci hissədə “Milli Təhlükəsizlik Nazirliyinə” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinə” sözləri ilə əvəz edilsin.
2. Həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət sirrinin mühafizəsi sisteminin inkişafına dair 2014–2018-ci illər üçün Dövlət Proqramı”nda dəyişikliklər təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 may 2017-ci il.