Nigar Kələşovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizin tapşırığınıza əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Sabunçu rayon məktəbliləri noyabrın 17-dən 20-dək Lənkəran və Masallı şəhərlərində səfərdə oldular. Bu möhtəşəm layihədə mən də iştirak etdim. Üç gün ərzində biz Masallı şəhərindəki Heydər Əliyev Mərkəzi, Tarix Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Parkı, Uşaq İncəsənət Məktəbi, Bayraq Meydanı və Dövlət Rəmzləri Muzeyi, “ASAN həyat” kompleksi və Viləşçay su anbarı ilə tanış olduq.
Lənkəran şəhərində isə Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Gənclər Mərkəzi, “Qoşa qala qapıları”, Həzi Aslanovun ev muzeyi, “Dairəvi Qala”, Hirkan Milli Parkı, çay plantasiyaları, sitrus meyvə bağları ilə tanış olduq.
Lənkəran Dövlət Dram Teatrında nümayiş etdirilən “Hacı Qara” tamaşası və Lənkəran Şəhər Mədəniyyət Mərkəzində nümayiş etdirilən Sovet İttifaqı qəhrəmanlarından bəhs edən film bizdə xoş təəssürat yaratdı. Biz şagirdlərin dünya görüşünün artmasında, Azərbaycanı daha da yaxından tanımamızda bu tur-aksiyanın rolu əvəzsizdir.
Hörməti cənab Prezident, bizim maariflənməyimiz üçün belə turların keçirilməsi çox təqdirəlayiqdir. Buna görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Kələşova Nigar Azad qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri.