09 sentyabr 2016, 10:40

Abdulla Abdullayev və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Mənzil-məişət şəraitimizi yaxşılaşdırdığınıza, Heydər Əliyev prospektində tikilmiş yeni binada mənzillə təmin olunduğumuza görə öz adımızdan və ailələrimizin adından Sizə dərin minnətdarlığımızı bildiririk. Bu, Sizin xalqa olan böyük diqqət və qayğınızın nəticəsidir. Əminliklə deyə bilərik ki, respublikamızda əhalinin sosial müdafiəsi yüksək səviyyədə təmin edilir.

Hörmətli cənab Prezident, Siz ölkəmizin iqtisadi qüdrətinin artması, xalqımızın daha yaxşı yaşaması naminə böyük işlər görürsünüz. Sizə uzun ömür, cansağlığı və yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Bakı şəhəri, Nərimanov rayonu Heydər Əliyev prospekti 87/89 nömrəli binanın sakinləri adından

Abdullayev Abdulla,

Ağayarov Rza,

Aşurov Eldar,

Gözəlbəyli Reyhan,

Şərifov Kazım,

Vorobyanskaya Nina.

Azərbaycan Respublikası, Bakı şəhəri.