R.V.İsaevə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

01 sentyabr 2016, 18:03

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 798 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazandığı yüksək nailiyyətə görə Radik Veleddin İsaevə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 sentyabr 2016-cı il.

SƏNƏDLƏR Sərəncamlar 30 sentyabr 2023
13:10
Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramına (UN-Habitat) vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qlobal urbanizasiyanın artdığı şəraitdə şəhərlərin dayanıqlı, inklüziv və təhlükəsiz inkişafını təmin etmək Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv dövlətlərin əsas hədəfinə çevrilmişdir. Ötən illərdə Azərbaycan bu...

30 sentyabr 2023, 13:10
SƏNƏDLƏR Fərmanlar 30 sentyabr 2023
13:08
“Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 sentyabr tarixli 1441 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan...

30 sentyabr 2023, 13:08