10 iyun 2016, 11:40
S.İsayevdən, Masallı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Nüfuzlu “The Business Year” jurnalının Sizi “Dünyada ilin adamı” elan etdiyinə görə hamımız qəlbən sevinir, qürur hissi keçiririk. Bu mükafatı respublikamızın tərəqqisi və inkişafı yolunda göstərdiyiniz uğurlu fəaliyyətinizə verilən qiymət kimi dəyərləndiririk. Aparılan uğurlu siyasətiniz sayəsində Azərbaycan iqtisadiyyatında sürətli inkişaf müşahidə olunur.
Möhtərəm Prezident, biz Sizi daim dəstəkləyirik. Azərbaycanımızın inkişafı naminə gördüyünüz işlərdə Sizə yeni-yeni uğurlar arzulayırıq.
Böyük hörmətlə,
İsayev S.
Azərbaycan Respublikası, Masallı rayonu.