04 iyun 2016, 13:00

Təhməz Əmirovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətini uğurlu şəkildə davam və inkişaf etdirirsiniz. Sabitlik və davamlı inkişaf, müasirlik günümüzün reallığına çevrilib. Sizin sayənizdə Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrdən biri olmaqla regionun lideri adını qazanıb. Eləcə də Azərbaycanın dünya ölkələri ilə əlaqələrinin möhkəmləndirilməsi, qlobal enerji layihələrinin həyata keçirilməsi istiqamətində gərgin əməyiniz, sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsinə dəstəyiniz, multikultural dəyərlərin təşviqi ilə bağlı beynəlxalq humanitar tədbirlərin keçirilməsi, regionda sülh və təhlükəsizliyin təmin olunması ilə bağlı uğurlu fəaliyyətiniz xalqımız və dünya ölkələri tərəfindən yüksək qarşılanır və təqdir olunur.

Hörmətli cənab Prezident, çoxşaxəli fəaliyyətinizə görə “The Business Year” jurnalı tərəfindən  “Dünyada ilin adamı” mükafatına layiq görülməyiniz münasibətilə Sizi təbrik edir, gələcək işlərinizdə Sizə uğurlar və möhkəm cansağlığı  arzulayıram.

Hörmətlə,

Əmirov Təhməz Şahbaz oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu, Eminli kəndi.