03 iyun 2016, 14:15

Əbülfət Bədəlovdan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz - Salyan rayonu Babazanlı qəsəbə sakinləri son illər Azərbaycanın dünya miqyasında tanınması, inkişafı və çiçəklənməsi istiqamətində gördüyünüz işləri yüksək qiymətləndirir, “The Business Year” jurnalı tərəfindən  “Dünyada ilin adamı” mükafatına layiq görülməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik.

Möhtərəm cənab Prezident, Sizin - müxtəlif enerji, sosial, idman və digər sahələrdə irimiqyaslı layihələrin təşəbbüskarı olan bir insanın “Dünyada ilin adamı” mükafatına layiq görülməyiniz bütün azərbaycanlılar kimi bizi də çox sevindirdi. Biz salyanlılar həmişə Sizinləyik.

Hörmətlə,

Bədəlov Əbülfət Ağababa oğlu.

Azərbaycan Respublikası, Salyan rayonu, Babazanlı qəsəbəsi.