03 iyun 2016, 13:00

İ.M. İbrahimov və başqalarından, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycanın yüksəlişi, beynəlxalq imicinin artması, regionun lider dövlətinə və dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi ölkəmizin son 13 ildə əsas göstəriciləridir. Bu, onu təsdiq edir ki, ölkəmizin inkişafına və müasirləşməsinə hədəflənmiş siyasətiniz uğurla reallaşır. Bölgədə, beynəlxalq miqyasda cərəyan edən siyasi, iqtisadi prosesləri düzgün qiymətləndirərək Siz ölkəmizi inkişaf etdirməklə yanaşı, beynəlxalq arenadaki mövqelərini də davamlı şəkildə gücləndirirsiniz.

Bütün bunlar beynəlxalq ictimaiyyətin, o cümlədən nüfuzlu “The Busines Year” jurnalının diqqətindən yayınmayıb. Belə ki, jurnal ötən il ərzində Azərbaycanın təşəbbüsü və yaxından iştirakı ilə həyata keçirilən iqtisadi və enerji layihələrini, beynəlxalq humanitar və idman tədbirlərini, ən əsası Sizin fəaliyyətinizi dərindən təhlil edib. Hər bir məsələyə obyektiv yanaşan jurnal Sizi 2015-ci ildə “Dünyada ilin adamı” seçib.

Hörmətli cənab Prezident, “Dünyada ilin adamı” seçilməyiniz münasibətilə Salyan rayonu Qaraçala qəsəbə sakinləri Sizi təbrik edirlər. Sizə uzun ömür, möhkəm cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzu edirik. Ümidvarıq ki, gələcəkdə də Azərbaycan Respublikasının daha da inkişafına nail olacaqsınız. Salyan rayonu Qaraçala qəsəbə sakinləri həmişə Sizinlədirlər, Sizin uğurlu siyasətinizi bəyənir və dəstəkləyirlər.

Hörmətlə,

İbrahimov İ.M

Əliyev N.A

Rzayev A.E

İsmayılova X.M və başqaları (cəmi 52 nəfər). 

Azərbaycan Respublikası, Salyan rayonu, Qaraçala qəsəbəsi.