22 aprel 2011, 15:00

Xanlar İmaməliyevdən, Badamdar, Bakı,

Möhtərəm cənab Prezident

Sizin 2011-ci il aprel 20-də Səbail rayonunun Badamdar qəsəbə sakinləri ilə görüşünüz qəsəbədə yerləşən 236 saylı orta məktəbin kollektivi tərəfindən rəğbətlə qarşılanmışdır. Sizin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilimizə, gənclərimizə göstərdiyiniz diqqət və qayğı bizi - təhsil işçilərini daha da əzmlə işləməyə ruhlandırır. Sizin qəsəbəmizdə 880 yerlik məktəbin və 120 yerlik uşaq bağçasının tikintisi ilə əlaqədar Sərəncamınız bizi hədsiz dərəcədə sevindirdi.

Cənab Prezident!

Sizə və Mehriban xanım Əliyevaya müstəqil Azərbaycanımızın daha da çiçəklənməsi uğrunda həyata keçirdiyiniz işlərdə uğurlar diləyirik.

Hörmətlə,
236 saylı orta məktəbin kollektivi adından
Xanlar İmaməliyev, Badamdar, Bakı.