01 iyun 2016, 17:30

Ərəstun Tarverdiyev və başqalarından, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ölkə iqtisadiyyatının inkişafında, respublikamızın beynəlxalq əlaqələrinin genişləndirilməsində qazandığınız uğurlar dünya ölkələri tərəfindən qəbul və təqdir edilir.

Elə bunun nəticəsidir ki, “The Business Year” jurnalı Sizi 2015-ci ildə “Dünyada ilin adamı” mükafatına layiq görüb. Bu münasibətlə İsmayıllı rayonunun Qalınçaq kəndinin sakinlərinin, xüsusilə 101 yaşlı müharibə veteranı Bilal Əliyevin adından Sizi təbrik edir, Sizə möhkəm cansağlığı, fəaliyyətinizin bütün istiqamətlərində yeni-yeni nailiyyətlər arzulayırıq.

Dərin hörmət və ehtiramla,

Tarverdiyev Ərəstun

Seyidli Elvin.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Qalınçaq kəndi.