Fəxrəddin Binnətov və başqalarından, Tərtər, Azərbaycan
Hörmətli cənab Prezident!
“The Business Year” jurnalı tərəfindən 2015-ci ildəki fəaliyyətinizə görə “Dünyada ilin adamı” seçilməyiniz münasibətilə cəbhə bölgəsinin sakinləri adından Sizi təbrik edirik. Sizə uzun ömür, möhkəm cansağlığı, siyasi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Möhtərəm Prezident, fəxr edirik ki, uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanı bütün dünyaya tanıdan qətiyyətli Prezidentimiz, xalqımızın xilaskarı ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı var. Sizin sayənizdə müstəqil Azərbaycan gündən-günə gözəlləşir, dünyanın aparıcı ölkələri arasında öz mövqeyini möhkəmləndirir. Tanrı Sizi və ailənizi qorusun. Biz həmişə Sizinləyik.
Hörmətlə,
Binnətov Fəxrəddin, Dövlət Qulluqçuları Həmkarlar İttifaqı Tərtər rayon komitəsinin sədri
Allahverdiyev Qədir, Rayon Ağsaqqallar Şurasının sədri,
Yusibov Suliddin, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin rayon təşkilatının sədri
Almuradov İman, Əmək və Böyük Vətən Müharibəsi Veteranları Şurasının rayon Təşkilatının sədri
Məmmədova Xatirə, YAP rayon Qadınlar Şurasının sədri,
Qəndilova Mərziyyə, Rayon Qadınlar Şurasının sədri,
Mirzəyev Surxay, Rayon Təhsil Şöbəsinin müdiri.
Azərbaycan Respublikası, Tərtər rayonu.