01 iyun 2016, 14:50

Sübhan Şirinovdan, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident.

 “The Business Year” jurnalı tərəfindən 2015-ci ildə “Dünyada ilin adamı” mükafatına layiq görülməyiniz münasibətilə İsmayıllı rayonunun Qalacıq kəndinin ziyalıları adından Sizi səmimi qəlbdən təbrik edirik.

Uğurlu daxili və xarici siyasətiniz nəticəsində Azərbaycanımızın dünyaya sürətlə inteqrasiya etməsinə və beynəlxalq miqyasda tanınmasına hər bir azərbaycanlı kimi, Qalacıq kəndinin ziyalıları da ürəkdən sevinin və bundan qürur hissi keçirirlər.

Möhtərəm Prezident, biz Azərbaycanın beynəlxalq arenada mövqeyinin möhkəmlənməsi və nüfuzunun artması istiqamətində apardığınız siyasətinizi dəstəkləyir və Sizə bu yolda uğurlar, möhkəm cansağlığı diləyirik.

Hörmətlə,

Şirinov Sübhan,

Abbasov Şamil

Rəhimov Bəxtiyar

Şalbuzova Zöhrə

Eminov Təbriz.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Qalacıq kəndi.