31 may 2016, 17:20

F. Haqverdiyevdən, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident.

İyirmi dörd illik müstəqillik tarixinə malik Azərbaycanın qazandığı uğurlar hətta dünyanın nəhəng ölkələri üçün nümunə hesab oluna bilər. Bütün bu nailiyyətlər bilavasitə ulu öndər Heydər Əliyevin ideyalarının Sizin tərəfinizdən uğurla davam etdirilməsinin nəticəsidir.

Təsadüfü deyil ki, “The Business Year” şirkəti qazandığınız uğurlara görə Sizi 2015-ci ildə “Dünyada ilin adamı” mükafatına layiq gördü.

Biz - İsmayıllı rayonunun Lahıc qəsəbəsinin sakinləri Sizi “Dünyada ilin adamı” mükafatına layiq görülməyiniz münasibətilə ürəkdən təbrik edir, ölkəmizin yüksək səviyyədə idarə etməkdə Sizə yeni-yeni nailiyyətlər arzulayırıq.

Hörmətlə,

Haqverdiyev F.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Lahıc qəsəbəsi.