Muhsin Aksakaldan (Aşıq Şufani), Sivas, Türkiyə
Hörmətli cənab Prezident.
Əvvəla başda Siz olmaqla, bütün Azərbaycan xalqını hörmət və ehtiramla salamlayıram.
Hörmətli cənab Prezident, biz bir millət-iki dövlət olan qardaş ölkələrik. Torpaqlarımızı, o cümlədən doğma Qarabağımızı işğal edən ermənilər bilməlidirlər ki, bu ərazilər əzəli Azərbaycan torpaqlarıdır.
Mən 1952-ci ildə anadan olmuşam. Allaha and içirəm ki, torpaqlarımızın azad edilməsi uğrunda son nəfəsimədək döyüşməyə hazıram. Qatil Sarkisyan törətdiyi cinayətlərin cəzasını almalıdır. Döyüşməyə hər zaman hazır olduğu bir daha diqqətinizə çatdırır, Allahdan şəhidlərimizə rəhmət, yaralananlara şəfa diləyirəm. Qardaş Azərbaycan xalqına firavanlıq arzulayıram.
Yaşasın, Türkiyə-Azərbaycan qardaşlığı.
Azərbaycanım
Soydaşımın yaşadığı məmləkət
Canım qurban, gözəl Azərbaycanım.
Eyni soydan bir millət, iki dövlət
Canım qurban, gözəl Azərbaycanım.
Hamımız qardaşıq, yoxdur yabançı
Qarabağ işğalda, ən böyük sancı.
Kinimiz məlumdur, alınsın hıncı
Canım qurban, gözəl Azərbaycanım
Şuşa, Xocalıda dəhşət yaşandı,
Erməni qatillər qırğınlar saldı.
Günahsız körpələr yerlərdə qaldı
Canım qurban, gözəl Azərbaycanım
Bütün türk dostların kədərdə, yasda
Qılınclar qınında qalıbdır pasda
Soydaşların əmrə hazır Sivasda
Canım qurban, gözəl Azərbaycanım.
Şufani deyir ki, türk oğlu türkəm,
Ölməyi əmr edibdir Atatürküm.
Əkiz qardaşdırlar Ankaram, Bakım
Canım qurban, gözəl Azərbaycanım
Dərin hörmətlə,
Muhsin Aksakaldan (Aşık Şufani)
Türkiyə Respublikası, Sivas şəhəri