08 aprel 2016, 18:26

Xəyal Eminovdan, Moskva, Rusiya

Hörmətli cənab Prezident.

Düzünü desəm, 2016-cı il aprelin 2-dək Sizi lazımınca qiymətləndirməmişdim. Amma Sizin cəsarətiniz və düşmənə layiqli cavabınız bir azərbaycanlı kimi məndə yeni emosiyalar yaratdı. İndi Sizinlə fəxr edirəm. Allahdan Sizə, bütün generallarımıza və ölkəmiz uğrunda savaşan əsgərlərimizə cansağlığı arzu edirəm. Mən həmişə inanırdım ki, biz güclüyük. Siz də bunu təkcə mənə deyil, bizi düşmən hesab edən hər kəsə sübut etdiniz. And içirəm ki, bu məktubu Sizə yazırkən amma damarlarımda qanım qaynayır. Mən Rusiya Federasiyasının vətəndaşıyam. Bu ölkədə yaşayıram və bu ölkəni sevirəm. Amma mən azərbaycanlıyam və azərbaycanlı olaraq da qalacağam. Harada yaşayıramsa-yaşayım, həmişə milli maraqlarımızı müdafiə edəcəyəm. Sağ olun ki, varsınız.

Hörmətlə,

Eminov Xəyal Əli oğlu.

Rusiya Federasiyası, Oryol şəhəri.