Vüsal Qədirovdan, Voronej, Rusiya
Zati-aliləri, cənab Prezident İlham Əliyev.
Biz Rusiya Federasiyasının vətəndaşlarıyıq. Azərbaycan tarixi Vətənimiz, valideynlərimizin vətənidir. Azərbaycan Ordusunun Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində əldə etdiyi uğurları birmənalı şəkildə bəyənirik, ordumuzun irəliləməsini alqışlayırıq və ona müvəffəqiyyət arzu edirik. Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xəttində işğalçı Ermənistanla gedən döyüşlərdə verdiyi itkilərə görə xalqımızın kədərinə şərik oluruq. Ölkəmizin ərazi bütövlüyü naminə şəhid olmuş hərbi qulluqçuların ailələrinə, Zati-aliləri Sizə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Allahdan həlak olanlara rəhmət diləyir, yaralılara şəfa arzu edirik. Var olsun Vətən! Tarixi Vətənimiz uğrunda ədalətli mübarizədə Azərbaycana qələbələr arzu edirik. Azərbaycan ordusuna eşq olsun! Azərbaycan xalqına eşq olsun! Azərbaycan Prezidentinə eşq olsun!
Hörmətlə,
Qədirovlar ailəsi
Rusiya Federasiyası, Voronej şəhəri