06 aprel 2016, 11:43

Kurtuluş Can Şahindən, Türkiyə

Ulu babamız Oğuz Xanın miras qoyduğu türk dünyamızda əbədi qardaşımız olan Azərbaycanın uzaqgörən Prezidenti hörmətli cənab İlham Əliyev.

İkiüzlü və nankor ermənilərin təxribatlarına qarşı Azərbaycan Ordusunun şanlı qələbəsi münasibətilə sizi təbrik edir, zəfərlərinizin ortaq tariximizdən gələn şan və şərəflə daimi olmasının diləyirəm.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan, bilməyinizi istəyirəm ki, Anadolu türkləri əbədi qardaşları olan Azərbaycan türklərinin yanındadırlar. Bu qədim xalq Mübariz İbrahimov kimi neçə-neçə qəhrəmanlar yetişdirmiş və yetişdirməkdə də davam edəcək.

Mən atamdan miras qalan, damarlarımda axan qana and içirəm ki, mənim üçün Ankara nədirsə Bakı da elədir. Mustafa Kamal Atatürk kimdirsə, Heydər Əliyev də elədir. Milyonlarla Anadolu türkündən biri kimi, mən də Azərbaycan Ordusunda xidmət edən igid qardaşlarımla çiyin-çiyinə döyüşmək üçün əmrinizi gözləyirəm. Sizin şəxsinizdə Azərbaycan xalqını bir daha salamlayıram. Qələbələriniz daimi olsun.

Sonsuz ehtiramla,

Kurtuluş Can Şahin

Türkiyə Respublikası, İstanbul şəhəri