Qüdrət Zülfüqarlı və başqalarından, Beyləqan, Azərbaycan
Hörmətli cənab Prezident!
“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməklə Azərbaycanın regionlarının sürətli inkişafının canlı şahidi olduq. Cənub bölgəsinə səyahət əsnasında oradakı məşhur tarixi abidələr, qədim yaşayış məskənləri, habelə yeni tikilmiş muzeylər, olimpiya kompleksləri, gənclər mərkəzləri ilə yaxından tanışlıq biz də xoş təəssürat yaratdı. Bu layihə gənclərə göstərdiyiniz qayğının və həssas münasibətinizin ən parlaq nümunələrindən biri olmaqla yanaşı, gənc nəslin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır.
Möhtərəm Prezident, ölkəmizin regionlarını daha yaxından tanımaq üçün yaradılan şəraitə, bizə göstərilən diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, uğurlu siyasətiniz nəticəsində işğal altındakı ərazilərimiz tezliklə düşmən tapdağından azad ediləcək, biz məcburi köçkünlər respublikamızın bütün bölgələrindən olan gəncləri Dağlıq Qarabağda qarşılayacaq, onları həmin rayonların ecazkar təbiəti, zəngin tarixi və mədəniyyət nümunələri ilə tanış edəcəyik.
Hörmətlə,
Zülfüqarlı Qüdrət Qabil oğlu
Quliyeva Vüsalə Barat qızı
Vəlizadə Məhzər Fikrət oğlu, Xocavənd rayonundan məcburi köçkünlər.
Azərbaycan Respublikası, Beyləqan rayonu.