Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 78) 40.4-cü maddəsinin birinci cümləsində “Azərbaycan Milli Elmlər Akademiyası” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat” sözləri ilə, ikinci cümləsində “Azərbaycan Milli Elmlər Akademiyasına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 oktyabr 2015-ci il.