01 sentyabr 2015, 16:00

Zöhrab Əliyev və başqalarından, Şəmkir, Azərbaycan

Hörmətli cənab Prezident!

Ulu öndərimiz Heydər Əliyevin vaxtilə tikintisini planlaşdırdığı Şəmkirçay su anbarı Sizin göstərişiniz əsasında tikilərək istifadəyə verildi. Su anbarının fəaliyyətə başladığı gündən yalnız Şəmkir rayonu deyil, qonşu rayonların əraziləri də suvarma suyu ilə təmin edilib.

Möhtərəm Prezident, biz - Şəmkir rayonun Keçili kəndinin sakinləri Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Çünki iyul-avqust aylarında  bizim kəndə heç vaxt çay suyu gəlməmişdi. Amma bu il Şəmkirçay su anbarında toplanan su ehtiyatı sayəsində isti yay günlərində rayonun bütün kəndləri su ilə təmin edildi. Odur ki, biz hər zaman Sizi dəstəkləyirik.

Hörmətlə,

Əliyev Zöhrab

Məmmədov Səfərəli

Mehman Verdiyev

Aslanov İlqar və başqaları.

Azərbaycan Respublikası, Şəmkir rayonu.