31 iyul 2015, 13:20

Fərid Alməmmədovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident,

Mən Sizi və xalqımızı “Bakı-2015” ilk Avropa Oyunlarında möhtəşəm qələbə münasibətilə təbrik edirəm.

Bildirmək istərdim ki, Sizin uğurlu fəaliyyətiniz nəticəsində ilk Avropa Oyunları Odlar Yurdu Azərbaycanda keçirildi. Oyunlar zamanı Azərbaycan xalqı, “Bakı-2015” ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva başda olmaqla, bütün heyət və könüllülər birgə çalışaraq uğurlu təşkilatçılıq nümayiş etdirdilər. Birinci xanım Mehriban Əliyevanın qeyd etdiyi kimi, hər kəs bu Oyunlar zamanı bir komanda şəklində çalışdı və bu komandanın lideri də məhz Siz idiniz, cənab Prezident. Sizə və ailənizə dərin minnətdarlığımı bildirirəm.

Mən özüm də ilk Avropa Oyunlarının Mingəçevir şəhərində keçirilən avarçəkmə su idmanı növü üzrə könüllü idim. Cənab Prezident Sizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm ki, könüllülərin fəaliyyətini qiymətləndirib, bizi şəxsi imzalarınız olan təşəkkürnamələrlə təltif etdiniz. Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik arzulayıram. Bir daha çox sağ olun.

Hörmətlə,

Alməmmədov Fərid Elman oğlu

Tələbə

Azərbaycan Respublikası, Gəncə şəhəri.