19 iyun 2015, 18:00
Şamama Əliyevadan, Yevlax, Azərbaycan
Hörmətli cənab Prezident,
Vətənimizdə keçirilən ilk Avropa Oyunları bizdə böyük ruh yüksəkliyi yaratmışdır. Bu tarixi hadisə bütün Azərbaycan xalqını sevindirir. Avropa Oyunlarının məşəlini mən də salamladığım üçün özümü çox xoşbəxt sanıram.
Əziz Prezidentimiz, yüksək təşkilatçılığa görə Sizə və Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya Yevlax əhalisi adından minnətdarlığımı bildirir, Sizə uzun ömür, cansağlığı arzulayıram.
Hörmətlə,
Əliyeva Şamama
Prezident təqaüdçüsü, Sosialist Əməyi Qəhrəmanı
Azərbaycan Respublikası, Yevlax rayonu.