15 iyun 2015, 12:00

Şamil Əliyevdən, Bakı, Yasamal rayonu

Möhtərəm cənab Prezident!

Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və onun tərkib hissəsi olan Azərbaycan kinosuna göstərdiyi qayğını və diqqəti layiqincə davam etdirdiyiniz üçün Sizə öz adımdan və bu sahənin nümayəndələri adından dərin minnətdarlığımı bildirirəm. Bu qayğının nəticəsidir ki, bir sıra filmlərimiz mötəbər beynəlxalq film festivallarında iştirak etmiş və sanballı mükafatlara layiq görülmüşdür. 2012-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmiş, quruluşçu-rejissoru olduğum “Çölçü” bədii filmi də çoxlu sayda mükafatlara layiq görülmüş filmlərdəndir.

 Hörmətli cənab Prezident, mədəniyyətimizə göstərdiyiniz qayğıya görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Sizinlə bir dövrdə Azərbaycana xidmət etməkdən qürur duyuram.

Hörmətlə,

Əliyev Şamil Yavər oğlu,

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.