10 iyun 2015, 12:40

Rahil Məlikovdan, Şirvan, Azərbaycan

Möhtərəm cənab Prezident!

Qloballaşmanın geniş vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı müasir dövrdə sosial-iqtisadi, elmi-mədəni, təhsil, səhiyyə və digər sahələrdə apardığınız məqsədyönlü tədbirlər sayəsində ölkəmizi dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarmısınız.

Sizin rəhbərliyiniz altında həyata keçirilən islahatlar, regionlara göstərdiyiniz diqqət və qayğı nəticəsində bütün şəhər və rayonlar, kənd və qəsəbələr inkişaf edir, gözəlləşir.

Xüsusən onu vurğulamaq istərdim ki, dövlət orqanlarında qəbulda olduğum zaman mənim və digər vətəndaşların diqqətlə dinlənilməsinin, onların müraciətlərində yaranan problemlərin yerində öyrənilməklə həll edilməsi istiqamətində mühüm işlərin görüldüyünün şahidi oldum.

Hörmətli cənab Prezident, bu sevincli günləri bizə bəxş etdiyinizə görə Şirvan gəncləri adından Sizə bir daha ən xoş arzularımızı çatdırır, Sizə və ailənizə xoşbəxtlik, möhkəm cansağlığı arzu edirik. İnanırıq ki, Sizin rəhbərliyiniz altında xalqımız, o cümlədən şirvanlılar indiki kimi gələcəkdə də gözəl firavan həyat sürəcəklər. Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Məlikov Rahil Sahil oğlu.

Azərbaycan Respublikası, Şirvan şəhəri.