08 may 2015, 16:15

Barat Məhərrəmovdan, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident!

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na Lənkəran şəhərinin Aşağı Nüvədi-Kənarmeşə-Sürük avtomobil yolunun tikintisi də daxil edilmişdi. Nəzərdə tutulmuş avtomobil yolunun tikintisi üçün vəsait ayrılması barədə Sərəncam imzalamağınız hamımızı sevindirdi.

Açığını deyək ki, Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun tikintisinə böyük ehtiyac var idi. Bu yolda həm nəqliyyat vasitələrinin, həm də piyadaların normal hərəkəti demək olar ki, mümkün deyildi. Odur ki, Sizin bu Sərəncamınız ürəyimizcə oldu.

Əziz Prezidentimiz, tikintisi zəruri sayılan bu avtomobil yolunun keçdiyi kəndlərin sakinləri göstərilən diqqət və qayğıya görə Sizə dərin minnətdarlıqlarını bildirirlər.

Hörmətlə,

Məhərrəmov Barat Əziz oğlu.
Azərbaycan Respublikası, Lənkəran şəhəri, Aşağı Nüvədi qəsəbəsi.